Ərdoğan təcili iclas çağırdı
Bizi izləyin

Dünya

Ərdoğan təcili iclas çağırdı

İclasda nazirlər və yüksək vəzifəli dövlət məmurları iştirak edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə bağlı bu gün Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasda nazirlər və yüksək vəzifəli dövlət məmurları iştirak edəcək.

Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23.29 radələrində İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 38 nəfər ölüb, yaralananların sayı isə 155 nəfərə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm