Ukrayna hava sahəsini Rusiyaya bağladı
Bizi izləyin

Dünya

Ukrayna hava sahəsini Rusiyaya bağladı

Ukrayna hava sahəsini Rusiyaya bağladı

Ukrayna bu gündən etibarən Rusiya hava yolu şirkətləri üçün hava sahəsini bağladığını bəyan edib.

Publika.az – ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federal Hava Nəqliyyat Agentliyi (“Rosaviatsia”) bildirib.

Məlumata görə, Ukrayna birtərəfli olaraq Rusiya hava yollarına aid təyyarələrin Donetsk və Xarkov şəhərlərinə enişinə də qadağa qoyub. “Aeroflot” şirkəti sabah Xarkova nəzərdə tutulan uçuşu ləğv edərək sərnişinlərini biletlərini qaytaracağını açıqlayıb.

“Rosaviatsia” Ukraynanın beynəlxalq razılaşmaları pozduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm