• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qahirədə partlayış baş verib, bir nəfər ölüb

  • Dünya
  • 3 May 2014 06:44
  • 429 Baxış
Qahirədə partlayış baş verib, bir nəfər ölüb

Qahirənin mərkəzində metro stansiyasının yaxınlığında cümə günü partlayış zamanı bir nəfər həlak olub, ikisi yaralanıb. Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat verir.

Bundan öncə cümə günü Qahirədə məhkəmə binasının yaxınlığında partlayış nəticəsində misir polisinin zabiti həlak olub, daha üç asayiş keşikçisi yaralanıb.

Yerli KİV-lər bir qayda olaraq qeyd edirlər ki, Misirdə son vaxtlar partlayışların arxasında 2013-cü ilin iyulunda hakimiyyətdən kənarlaşdırılmış ölkənin sabiq prezidenti islamçı Məhəmməd Mursinin tərəfdarları durur.

Misirdə mayın 3-də 21 gün davam edən və səsverməyə iki gün qalmış başa çatan seçki kampaniyası start götürəcək.

Ölkədə prezident seçkiləri mayın 26 və 27-nə təyin edilib. Dövlət rəhbəri postuna əsas namizəd kimi sosialist Hadmin Sabahi və müdafiə naziri Əbdül Fəttah as-Sisi sayılırlar. /Trend/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR