Torpaq sürüşməsi 2500 can aldı
Bizi izləyin

Dünya

Torpaq sürüşməsi 2500 can aldı

Torpaq sürüşməsi 2500 can aldı

Əfqanıstanın şimalı-şərqində yerləşən Badaxşan əyalətində güclü torpaq sürüşməsi baş verib.

Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, əyalətin qubernatoru Şaz Vəliullah Ədib torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 2,5 min nəfərə çata biləcəyini deyib.

“Yerli sakinlərdən topladığımız ilkin məlumatlara görə, qadınlar və uşaqlar daxil olmaqla, təbii fəlakətin qurbanlarının sayı 2 500-dək çata bilər”, - deyə Ədib bildirib. BMT-nin Əfqanıstandakı nümayəndəliyi torpaq sürüşməsi zamanı ən azı 350 nəfərin öldüyü barəsində məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm