
ABŞ-ın Nyu York şəhərində bədbəxt hadisə baş
verib.
ANS PRESS-in məlumatına görə, qatarın relsdən çıxması nəticəsində
4-ü ağır olmaqla 19 nəfər yaralanıb. Kuinsdən Bruklinə səfər edən
qatar tuneldən keçərkən relsdən çıxaraq aşıb.
Min nəfərlik sərnişin qatarının səkkiz vaqonundan altısının aşdığı
bildirilib. Qatarın yalnız birinci və son vaqonu relsdə qalıb.
Qatarda bağlı vəziyyətdə qalan sərnişinlər xilasetmə dəstələrinin
köməyi ilə bir saat ərzində xilas edilib. Yaralanan sərnişinlərdən
bir qisiminə hadisə yerində müdaxilə edilsə də, ağır yaralılardan
4-ü xəstəxanaya aparılıb.
Qəza səbəbinin hələ bilinmədiyini deyən səlahiyyətlilər ilk olaraq
maşinistin spirt testindən keçiriləcəyini bildiriblər. Dünyanın ən
böyük nəqliyyat sıxlığına sahib Nyu York metrosu gündəlik orta
hesabla 8 min səfərlə 5,4 milyon sərnişinə xidmət edir.