Odessadakı yanğında Moksva izi - İddia
Bizi izləyin

Dünya

Odessadakı yanğında Moksva izi - İddia

Odessadakı yanğında Moksva izi- İddia

Ukrayna “İnformasiya müqaviməti” qrupu Odessada çoxsaylı insanın ölümü ilə nəticələnən hadisə barəsində maraqlı bir iddia irəli sürüb.

Publika.az – ın verdiyi xəbərə Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Timçuk Odessa şəhərində baş verən şiddətli qarşıdurmaların arxasında Rusiyanın olduğunu bildirib.

Xatırladaq ki, Ukraynanın Odessa şəhərində baş verən şiddətli qarşıdurmalarda Avromaydan tərəfdarları Rusiya meylli insanların gizləndiyi binanı yandırıblar. Son məlumatlara görə, 41 insan ölüb. Çoxlu sayda yaralı olduğundan ölənlərin sayının artacağı istisna olunmur.

“2014-cü ilin mart ayının əvvəllərindən aprelin sonuna kimi Rusiya hərbçiləri, kazaklar və radikal milliyyətçi təşkilatlarının nümayəndələrinin Dnestryanı əraziyə gəlməsi təsdiqlənib. Qrupumuzun Moldovadakı mənbələri aprelin ortalarında Rusiyadan Kişnyova, oradan isə Dnestryanı ərazisinə yola düşən qrupları müşahidə edib. İdmançı bədən quruluşuna sahib bu insanları Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları müşayiət edirdilər. Nəticədə Dnestryanı ərazisində mayın əvvəllərinə qədər təxminən 1700 Rusiya hərbi qulluqçusu və Federal Təhlükəsizlik Xidmətinin təxminən 2200 əməkdaşı cəmlənib”, - D.Timçuk “facebook” səhifəsində yazıb.

Ukrayna mətbuatı isə hərbi ekspertin yazdıqlarını müəyyən mənada təsdiq edəcək bir məlumat yayıb. Unian.net saytının yazdığına görə, yandırılan binada ölənlərdən 15-i Rusiya, 5-i isə “Dnestryanı Moldova Respublikası”nın vətəndaşı olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm