ATƏT-in hərbi müşahidəçiləri azad edildi
Bizi izləyin

Dünya

ATƏT-in hərbi müşahidəçiləri azad edildi

ATƏT-in hərbi müşahidəçiləri azad edildi

Ukraynanın şərqindəki Slavyansk şəhərində saxlanılan ATƏT-in hərbi müşahidəçiləri sərbəst buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə unian.net saytı yazıb.

Qeyd edək ki, ATƏT-in 8 hərbi müşahidəçisi və 5 ukraynalı zabit Rusiya tərəfdarı olan qruplar tərəfindən 26 apreldə tutulmuşdu. Separatçılar hərbi müşahidəçilərin “casus” olduğunu iddia edərək onları azad etməkdən imtina edirdi.

Separatçıların nümayəndəsi, “Donetsk Xalq Respublikası” “hökumət”in müvəqqəti başçısı Deniz Puşilina keçirdiyi brifinqdə saxlanılan hərbi müşahidəçilərdən blokpostların qeyd edildiyi hərbi xəritələr, patronlar və digər hərbi ləvazimatların götürüldüyünü deyib. D.Puşilin ATƏT-in hərbi müşahidəçilərin “NATO-nun xeyrinə casusluq” etməsindən şübhələndiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm