“Nyu York Tayms”dan Ərdoğana: “Gülünc hərəkətdir”
Bizi izləyin

Dünya

“Nyu York Tayms”dan Ərdoğana: “Gülünc hərəkətdir”

“Nyu York Tayms”dan Ərdoğana: “Gülünc hərəkətdir”

"Nyu York Tayms" qəzeti ABŞ-ın Güləni Türkiyəyə təhvil verməsinin qanuni olmadığını yazıb və bu hərəkətin axmaq bir hərəkət olduğunu qeyd edib.

Publika.az” xəbər verir ki, “Nyu York Tayms” qəzeti “İmkan verin, Ərdoğan özünün mübarizəsi ilə özü məşğul olsun” başlıqlı yazısında Gülənin təhvil verilməsini axmaq və gülünc adlandırıb. Qəzet həmçinin Ərdoğanın ABŞ-la əlaqələrindən və təhvil qanunundan sui-istifadə etməyə çalışdığını yazıb və Obama hökumətinə Güləni təhvil verməmək çağırışını edib.

Qəzetin yazısını ixtisarla təqdim edirik:

Ərdoğan ABŞ-la münasibətlərdən sui-istifadə edir

Ərdoğanla Gülən arasındakı münasibətlər sərt bir iqtidar mübarizəsinə çevrilmiş vəziyyətdədir. Və Ərdoğan Gülənin təhvil verilməsinə dair təhdidedici çıxışlar edərək ABŞ-ı da mübahisələrə cəlb etməyə çalışır. Əgər Ərdoğan dediklərinin üstündə dayanarsa və rəsmi bir təhvil tələbi edərsə, qanunlara görə Amerika hökuməti tələbi dəyərləndirmək məcburiyyətindədir.

Qanuni dayağı yoxdur

Bəzi mütəxəssislərə görə ola biləcək təhvil tələbinin qanuni sütunu yoxdur. Çünki ABŞ-da həmişəlik yaşamaq icazəsi olan və 1997-ci ildən indiyə kimi Pensilvaniya ətrafında yaşayan Gülən haqqında heç bir suçlama və ya məhkəmə qərarı yoxdur. Gülən sekulyar hökuməti devirməyə cəhd etməkdə günahlandırılmasından sonra 1990-cı illərdə Türkiyəni tərk etdi və bu suçlamaları rədd etdi. Bu suçlamalar isə Ərdoğan iqtidara gəldiyi zaman ləğv edilib. Gülən məhkəmə, polis və media sahəsində işləyən müridləri vasitəsi ilə Türkiyədə geniş bir nüfuza malikdir.

Şərait əlverişli deyil

ABŞ-ın bir təhvil tələbini qəbul etməsi üçün təhvil edilən şəxsin hər iki ölkənin məhkəmə sistemlərində tanınan bir suçla ittiham edilməsi və o şəxsin ittiham edildiyi suçu həyata keçirdiyinə dair sağlam sübut olması lazımdır. Gülən məsələsində isə bu şərait varmış kimi görünmür. Rəsmi Vaşinqton Güləni təhlükə olaraq görmür. Əgər belə olsaydı, Gülən hələ də o ölkədə qalmazdı.

Təhvil qanunundan mənfi yöndə istifadə edilməməlidir

Obama hökuməti indiyə kimi ciddi və gərəksiz gərginlik yarada biləcək bu mövzu il əlaqədar ictimaiyyət qarşısında açıqlama verməkdən çəkinib. Təhvil qanununu siyasi məqsədlərə görə istifadə etmək qanundan mənfi yöndə istifadə etmək deməkdir. Ərdoğan özünün siyasi mübarizəsini özü aparmalıdır.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm