Azərbaycanlı milli fəal amnistiyaya düşdü
Bizi izləyin

Dünya

Azərbaycanlı milli fəal amnistiyaya düşdü

Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübariz Hüseyn Əlizadə azadlığa çıxıb.

Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübariz Hüseyn Əlizadə azadlığa çıxıb.

Məlumata görə, milli zəmindəki dinc fəaliyyətlərinə görə 1 illik həbs cəzasına məhkum edilən Hüseyn Əlizadə dörd aydan sonra, mayın 2-də amnistiyaya düşərək Təbrizin mərkəzi zindanından sərbəst buraxılıb. Hüseyn Əlizadənin həbsdə saxlandığı müddətdə müxtəlif fiziki və psixi təzyiqlərə məruz qoyulduğu bildirilir.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları Hüseyn Əlizadəni 2013-cü il dekabrın 24-də iş yerində tutmuşdu. Fəalın konkret nədə günahlandırıldığı bilinməsə də, onun həbsi Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında 1945-ci ildə Təbrizdə qurulmuş Azərbaycan Milli Hökumətinin (21 Azər hərəkatı) 68-ci ildönümü mərasimlərində fəal iştirakı ilə əlaqələndirilir. /Mediaforum/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm