Afrikada qadın prezident seçildi
Bizi izləyin

Dünya

Afrikada qadın prezident seçildi

Mərkəzi Afrika Respublikasının (MAR) müvəqqəti prezidenti ötən gün seçilib.

Mərkəzi Afrika Respublikasının (MAR) müvəqqəti prezidenti ötən gün seçilib

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, ölkənin bir nömrəli vəzifəsinə Ketrin Samba-Panza adlı xanım seçilib. O, prezident seçilənə qədər paytaxt Banqa şəhərinin meri idi.

Səsvermə MAR-ın parlamentində ötən gün keçirilib. Seçki iki mərhələdən ibarət olub. Deputatların 75 nəfəri Ketrin Samba-Panzanın lehinə, 53 nəfər isə əleyhinə səs verib.

Ketrin Samba-Panza ölkə tarixində ilk qadın prezident olub. Onun seçilməsi ölkənin xristian döyüşçüləri arasında rəğbətlə qarşılanıb.

Mərkəzi Afrika Respublikasının sabiq prezidenti Mişel Cotodiya yanvarın 10-da öz vəzifəsindən istefa verib. Prezidentin bu addımı atmasına səbəb ölkəsində baş verən dini zəmindəki toqquşmalardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm