Kanadadan Rusiyaya qarşı yeni sanksiyalar
Bizi izləyin

Dünya

Kanadadan Rusiyaya qarşı yeni sanksiyalar

Kanada hökuməti Ukrayna hadisələrinə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Kanada hökuməti Ukrayna hadisələrinə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə sözügedən ölkənin Baş naziri Stiven Xarper bəyanat yayıb. Onun sözlərinə görə, nöbəti dəfə belə addım atmalarına səbəb Rusiyanın qeyri-qanuni şəkildə Ukrayna torpaqlarını zəbt etməsidir. O, əlavə edib ki, yeni sanksiyalar Rusiyanın 16 subyektinə qarşı tətbiq olunacaq:

“Müttəfiqlərimizlə dünyada demokratiyanın bərqərar olunması üçün birgə səylərimizi davam etdiririk. Rusiya işğalçı siyasətindən əl çəkməyənə qədər bu ölkəyə ən tutarlı cavab verəcəyik”.

Xatırladaq ki, Ukrayna hadisələrinə ən ciddi təpki göstərən ölkələrdən biri də Kanadadır. Krımın işğalından dərhal sonra rəsmi Ottava təlimlərdə iştirak edən rus hərbçilərinin dərhal ölkə ərazisindın çıxarılmasına qərar verdi. Sonra isə Kreml rəsmiləri sanksiyalara məruz qaldı. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm