İbrahim Tatlısesin ailəsinə ağır itki üz verib
Bizi izləyin

Dünya

İbrahim Tatlısesin ailəsinə ağır itki üz verib

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesin ailəsinə ağır itki üz verib. Tatlısesin 14 yaşlı qardaşı oğlu Yusif Tatlı suvarma kanalında boğularaq ölüb.

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesin ailəsinə ağır itki üz verib. Tatlısesin 14 yaşlı qardaşı oğlu Yusif Tatlı suvarma kanalında boğularaq ölüb.

Məlumata görə, Yusif Tatlı Şanlıurfada həmyaşıdı ilə çimmək üçün Dövlət Su İdarəsinə (DSİ) aid suvarma kanalına giriblər. Kanalda axıntı sürətli olduğundan uşaqlar boğulmağa başlayıblar. Onlardan biri çırpınaraq sahilə çıxsa da Y. Tatlı çıxa bilməyərək suda itib.

Dərhal hadisə yerinə polis və xilasedicilər cəlb olunub. 20 dəqiqə davam edən axtarışdan sonra dalğıclar kanaldan Yusif Tatlının cəsədini tapıblar.

Tatlının meyiti məhkəmə tibbi ekspertizasına göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm