Papa Ukrayna və Əfqanıstan üçün dua etdi
Bizi izləyin

Dünya

Papa Ukrayna və Əfqanıstan üçün dua etdi

Katoliklərin ruhani lideri papa Fransisk ötən gün bazar duasında Ukrayna və Əfqanıstanı yaddan çıxarmayıb. Ukraynanın Odessa şəhərindəki gərginlikdən və 46 nəfərin ölümündən danışan ruhani lider ölənlər üçün, sülh və qardaşlıq üçün dua edib.

“Sizinlə birlikdə gərginliyin artaraq davam etdiyi Ukraynada ölənlərin xatirəsi üçün dua edirəm. Tanrıdan bütün qəlblərə sülh və qardaşlıq aşılamasını təmənna edirəm”.

Bundan başqa Əfqanıstanda baş vermiş torpaq sürüşməsi nəticəsində ölənləri və zərərçəkənləri yad edən papa onlar üçün də dua edib.

“Əfqanıstanda kəndlərdən birində baş vermiş torpaq sürüşməsində ölənlər üçün də dua edirəm. Uca Tanrı, ölənlərin hamısının adını bilirsən, onları yaxşı qarşıla və onların yaxınlarına bu kədərə dözmək üçün güc ver”. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm