Müxalifər Xümsdə Dəməşqə təslim oldu - Razılaşma
Bizi izləyin

Dünya

Müxalifər Xümsdə Dəməşqə təslim oldu - Razılaşma

Müxalifər Xümsdə Dəməşqə təslim oldu - Razılaşma

Suriya rejimi ilə müxalifət arasında dünən əhəmiyyətli bir razılaşma əldə edilib.

Publika.az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Suriyanın ən böyük üçüncü şəhəri olan Xümsün Dəməşqin nəzarətinə keçməsini təmin edən razılaşma imzalanıb.

Danışıqlara qatılan müxalif nümayəndəsi Abul Harit əl-Xalidi 2250-yə yaxın silahlının bölgəni tərk edəcəyini söyləyib. Razılaşmaya görə, müxalifət silahlıları yüngül silahları özləri ilə götürə biləcək. Bunun qarşılığında isə Suriya İslam Cəhbəsi əsir aldığı iranlı və livanlı məhkumları azad edəcək.

Harit ilk olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzarəti altında dinc vətəndaşlar və yaralıların çıxarılacağını, daha sonra isə silahlıların çəkiləcəyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm