İtkin düşən təyyarəyə görə 11 əl-Qaidəçi həbs olundu
Bizi izləyin

Dünya

İtkin düşən təyyarəyə görə 11 əl-Qaidəçi həbs olundu

Malayziya Hava yollarına aid təyyarənin itkin düşməsi ilə əlaqədar 11 nəfər həbs edilib.

Teleqraf.com-un xarici mətbuata istinadən yaydığı məlumata görə, Əl-Qaidə üzvü olan 11 nəfərin terror aktı planlaşdırması ilə əlaqədar həbs olunduqları deyilir. Həbslər ölkə paytaxtı Kuala Lumpur yaxınlığında yerləşən Selanqor şəhərində və Tailand sərhədindəki Qedah əyalətində həyata keçirilib. Terrorçuların yaşları 22 - 55 arasında olduğu, FTB (Federal Təhqiqatlar Bürosu) və MI6 kimi beynəlxalq kəşfiyyat xidmətlərindən gələn tələbə əsasən həbs olunduqları bildirilir. Malayziya Terrorla Mübarizə idarəsindən verilən məlumata görə, itkin düşmüş təyyarənin məhz sözügedən terrorist qruplaşma tərəfindən qaçırıldığı ehtimal olunur. Yerli polis rəisi Xalid Abu Bakar isə həbs olunan 11 adamın itkin düşən təyyarə ilə əlaqələrin olmasının mümkünlüyünü rədd edib. İki aydır davam edən axtarış işləri nəticəsiz qaldığı üçün, göyərtəsində 239 sərnişinin olduğu Malayziya təyyarəsinin Hind Okeanına düşdüyü ehtimal olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm