“Foreign Affairs”: “Putin Cənubi Qafqazda güzəştə gedə bilər”
Bizi izləyin

Dünya

“Foreign Affairs”: “Putin Cənubi Qafqazda güzəştə gedə bilər”

“Foreign Affairs”: “Putin Cənubi Qafqazda güzəştə gedə bilər”

Amerikalı-israilli professor Brend Şaffer Dağlıq Qarabağ münaqisi ilə bağlı ABŞ-ın “Foreign Affairs” jurnalında yazı dərc edib.

Publika.az – ın verdiyi xəbərə görə, professor mayın əvvəllərində Barak Obama administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə xüsusi səy göstərəcəyini bildirib.

Şaffer bu səylərin ilk olmadığını və son da olmayacağını qeyd edir. Onun sözlərinə görə, Krımın Rusiya tərəfindən zəbt edilməsindən sonra ABŞ-ın uzun müddətdir ki, həll olunmayan münaqişəni həll etməkdə daha istəkli görünür.

Professor yazır ki, Dağlıq Qarabağ münaqişəsi regionda qeyri-stabil vəziyyəti saxlamaq üçün Moskvanın əlində bir vasitədir: “Bu münaqişə bir tərəfdən zəmanət verir ki, Ermənistan Rusiya qoşunlarından getməməyi xahiş edəcək. Rusiyaya bazası Ermənistanda qalmalı olacaq və Moskva Ermənistana Qərbdən uzaq durması üçün təzyiq göstərə biləcək. Münaqişəni həll etmək üçün göstərilən səylər ona görə müvəffəqiyyətlə nəticələnmədi ki, ABŞ münaqişəni uzadan Rusiyanın roluna diqqət vermədən Ermənistan və Azərbaycan prezidentlərini “öz xalqlarını sülhə hazırlamır” deyərək tənqid edirdi. Minsk qrupunun həmsədrləri də ötən illər liderləri razılaşmadığına görə qınayırdılar. Onlar iki cəmiyyət arasında əlaqələrin qurulması üçün milyonlarla dollar xərclədilər, amma heç vaxt strategiyanı formalaşdırmadılar. Krım hadisəsinə qədər Vaşinqton Moskvanın regionda təzyiq vasitəsi olaraq etnik münaqişələrdən istifadə etməsi faktını tanımırdı. Rusiya Gürcüstan və Ukraynada hərbi gücdən istifadə etdi, həmçinin seçkilər və vətəndaş cəmiyyətlərindən istifadə etməklə (Azərbaycan, Gürcüstan və Latviya) öz hədəflərinə nail olmaq istəyirdi. Qərb buna qarşı durmalıdır”.

Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlar müvəffəqiyyətli ola biləcəyinə gəlincə, Şaffer hesab edir ki, Krımdakı qələbədən ruhlanan Putin kompromisə getməyə bilər: “Obama administrasiyasındakı bəziləri bununla razı deyil. Onlar iddia edirlər ki, Putin Qərblə Rusiyanın münasibətlərini normallaşdırmaq istəyir və Cənubi Qafqazda güzəşt edilə bilər”.

Qeyd edək ki, Amerika Elmi Siyasi Assosiasiyası xarici siyasət bölməsinin üzvü olan Şaffer Harvard Universiteti nəzdindəki Kennedi hökumət məktəbində Xəzər təhsil proqramının araşdırma sədri kimi fəaliyyət göstərib. Hazırda siyasi elmlər sahəsi üzrə Haifa universiteti və Azərbaycan Diplomatik Akademiysında çalışır. Professor Şaffer "Enerji Siyasəti" kitabının müəllifi və beynəlxalq münasibətlərdə enerji və Qafqaz regionunda enerji təhlükəsizliyi üzrə ekspertdir. Şaffer həmçinin Qafqazda kimlik və mədəniyyət mövzusu üzrə kitab müəllifidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm