Dünya
Putindən jurnalistlərlə bağlı gizli fərman - İddia
Rusiya Prezidenti Krım hadisələrindən yazan jurnalistləri mükafatlandırıb.
“Axar.az” “Vedmosti” qəzetinə istinadən xəbər verir ki, Vladimir Putin “Krımda baş verən olayları peşəkar və obyektiv işıqlandırdıqlarına görə” 300-dən artıq jurnalistin dövlət ordeni və medallarla təltif edilməsi haqda sərəncam imzalayıb. Bu haqda fərman 22 apreldə imzalansa da, hələ də gizli saxlanılır və Prezidentin rəsmi saytına yerləşdirilməyib.
Fərmanda 300-dən çox ad və 90-dan artıq nəşrin yer aldığı bildirilir. Mükafatlandırılanların 100-ə yaxınının RTR-in, 60-dan artığı ORT-nin, NTV, “Russia Тoday” və “Layf Nyus”un əməkdaşları olduğu iddia olunur. Siyahıda Dojd TV-nin və “ExoMosvka”nın əməkdaşları yer almayıb. Mənbə mükafatların görünməmiş miqyasda olduğunu bildirir. Ən yüksək mükafatın NTV kanalının direktoru Vladimir Kulistikovaya veriləcəyi bildirilir. O, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunacaq. Mənbə bildirir ki, eyni zamanda, teleaparıcı Vladimir Solovyovun “Aleksandr Nevski” ordeni, “Layf Nyus”un direktoru Aram Qabrelyanovun isə “Şərəf medalı” ilə təltif ediləcəyi bildirilir. Oxşar fərmanı Cənubi Osetiyada 2008-ci il hadisələrindən sonra Prezident Dmitri Medvedev imzalamış və cəmi 11 jurnalisti təltif etmişdi.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO