Rusiya sərhədlərini 11 km irəli çəkdi
Bizi izləyin

Dünya

Rusiya sərhədlərini 11 km irəli çəkdi

Soçi Olimpiya Oyunları ilə bağlı Rusiya sərhədləri Abxaziyaya doğru genişləndirib

Soçi Olimpiya Oyunları ilə bağlı Rusiya sərhədləri Abxaziyaya doğru genişləndirib.

AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Rusiya və tatınmamış Abxazoua respublikaları arasındakı razılaşmaya əsasən iki ölkənin Psou çayından keçən inzibati sərhədi Abxaziyanın Qaqara rayonuna doğru 11 kilometr irəli çəkiləcək.

Rusiyanın müvəqqəti təsir dairəsi 8 yaşayış məntəqəsinə şamil ediləcək. Olimpiya oyunlarında təhlükəsizliyi təmin etmək üçün atılan bu addım Gürcüstanın etirazına səbəb olub. Gürcüstan Xarici İşlər Nazirliyi xüsusi bəyanatla çıxış edib.

“Gürcüstanın suveren ərazisində Gürcüstan hökumətinin razılığı olmadan sərhəd zonalarının yaradılması Rusiyanın ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı daha bir təcavüzüdür“.
Xarici İşlər naziri Mayya Pancikidze isə jurnalistlərə açıqlamasında sərhəd zonalarının Olimpiadadan sonra da saxlanılması halında Gürcüstanın buna sərt reaksiyan verəcəyini bildirib.

Xatırladaq ki, Soçi Qış Olimpiya Oyunları fevralın 7-də başlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm