ORT –nin direktorunun ölüm xəbəri yalan çıxdı-Foto
Bizi izləyin

Dünya

ORT –nin direktorunun ölüm xəbəri yalan çıxdı-Foto

Şənbə günü xəbərlərdə Rusiyanın birinci kanalı ORT-nin direktoru Konstantin Ernstin intiharı haqda məlumat ildırım sürətilə yayıldı.

Birinci Kanalın ictimai əlaqələr üzrə direktoru Larisa Krımova isə bu xəbəri təkzib etdi.

Larisa Facebook səhifəsində qeyd edib: “Konstantin Lvoviç ictimaiyyətə ölümü haqda “heç vaxt görə bilməzsiz” ənənəvi kəlmələrini çatdırıb”. Onun sözlərini çatdıran Larisa, Ernstin orta barmağını göstərdiyi şəkilini də əlavə edib.

Qeyd edək ki, 2-3 may tarixində Rusiya və Ukrayna kütləvi informasiya vasitələrində Birinci Kanalın direktoru Konstantin Ernstin Vladimir Putin və “Qazprom”-un direktoru Aleksey Millerlə telefon danışığından sonra özünü güllələməsi xəbəri yayılmışdı . Guya bundan sonra xəstəxanaya yerləşdirilən direktor sağ qalsa da huşsuz vəziyyətdə olub.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm