Ukrayna böhranından İranın aldığı dərs: Tehran peşman olacaqmı?
Bizi izləyin

Dünya

Ukrayna böhranından İranın aldığı dərs: Tehran peşman olacaqmı?

Ukrayna böhranından İranın aldığı dərs: Tehran peşman olmayacaqmı?

1994-cü ildə imzalanan Budapeşt razılaşmasına görə, ABŞ, Rusiya və Böyük Britaniya Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyinin zamini olaraq çıxış edirdi. Bunun əvəzində isə Ukrayna malik olduğu nüvə silahlarını təhvil verirdi.

1996-cı ilə qədər isə Krımda nüvə-texniki anbarı var idi. Anbarda SSRİ vaxtından qalmış nüvə döyüş sursatları yerləşirdirilirdi. Rusiya, ABŞ və Ukrayna arasında nüvə silahının Rusiyaya verilməsi barədə müqavilə imzalandı və Ukrayna 2001-ci ildə tamamilə nüvəsiz ölkə oldu.

Uzun illər dünyada nüvə arsenalına malik olan ölkə indi onun həsrətini çəkir. Əgər Ukrayna öz nüvə silahından imtina etməsəydi, ruslar hazırda Kiyevə tərəf əlacsız şəkildə baxardılar. Rusiyanın bir hərbçisi, bir tankı belə Ukrayna sərhədini keçə bilməzdi. Bir halda ki, ölkə nüvə raketlərinə malik deyil, Ukrayna ruslar üçün hədəf olaraq qalır.

Ali Radanın üzvü Sergey Kaplin isə ötən ay Ukraynanın nüvə ölkəsi statusunun bərpasını nəzərdə tutan qanun layihəsini parlamentdə qeydiyyatdan keçirib. Qeyd edək ki, Ukrayna nüvə silahının hazırlanması texnologiyasına malik ölkədir və bu proses 3-6 ay ərzində yekunlaşdırıla bilər.

Hazırda iki ölkə İsrail və İran Ukraynadakı hadisələri xüsusi maraqla müşahidə edir. Məlumdur ki, İsrail nüvə silahına malikdir, amma bunu rəsmən etiraf etmir. Müxtəlif qiymətləndirilmələrı görə, İsrail 75-dən 400-ə qədər nüvə raketi var. Ehtimallara görə, nüvə silahının hazırlanmasında, daha doğrusu başlanğıc mərhələdə İsrailə Fransa, daha sonra Böyük Britaniya gizli şəkildə yardım edib. 1960-cı illərdə isə israillilər Argentinadan nüvə terminologiyasında “sarı piroq” adlandırılan uran filizini aldılar. 1968-ci ildə İsrailin xüsusi xidmət orqanı MOSSAD təxminən 200 ton “sarı piroq”u Antverpendən çıxara bilib. İsraildə birinci nüvə bombalarının 1967-ci ildəki “altıgünlük müharibə”dən sonra hazır olduğu ehtimal edilir.

Bəzi siyasi mütəxəssislər iddia edirlər ki,İsrailin o zamankı müdafiə naziri İsrail Moşe Dayan 1973-cü ildə ərəbləri nüvə silahı ilə gizli şəkildə hədələyib. İsrail nüvə başlığı daşıyan "İerixon-3” raketlərinə malikdir. Bu raketlər Yaxın Şərqdəki istənilən hədəfi vura bilir.

Ehtimal ki, İran da Ukrayna hadisələrinin gedişatını maraqla izləyir. İranda hesab edirlər ki, sionist dövləti bu silaha malik olmaq hüquqlarına malik deyil. Tehran onun nüvə silahı əldə etməsinə qarşı olanlara İsrailin nüvə silahlarını göstərir. Necə deyərlər, “yaxşı şeydirsə, məndə niyə olmasın”. Ukraynada hadisələrindən sonra İranın haqlı olması üçün daha bir əsas yaranır. Hansı ki, Ukrayna nüvə silahlarının əlindən alınmasından 13 il sonra ərazi itkisi ilə qarşılaşdı. Ölkə vətəndaş müharibəsi ərəfəsindədir.

Eyni zamanda, İsrail yerləşdiyi regionda daim təhdid edilir. Nüvə silahından imtina etmək üçün isə dəli olmaq lazımdır.

Rəsmi Tehran bəyan edir ki, heç vaxt nüvə silahına malik olmağa çalışmayıb, nüvə proqramı isə sülh məqsədlərinə xidmət edir. Bununla belə iddia olunur ki, gizli bunkerlərdə atom bombasının yaradılması üçün sentrifuqalar hazırlanır. Əlbəttə rejim daxilində də müxtəlif fikirlər səslənir.

Tehranda bəziləri əmindirlər ki, nüvə silahından imtina İrana xeyir gətirəcək. Qarşı tərəf isə hesab edir ki, ABŞ ilə danışıqlara getmək zəiflik əlamətidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm