Tramp Rusiyanın haker hücumlarında iştirakını təsdiqlədi
Bizi izləyin

Dünya

Tramp Rusiyanın haker hücumlarında iştirakını təsdiqlədi

“Düşünürəm ki, bu, Rusiya idi”, - deyə Tramp bildirib.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp haker hücumlarında Rusiyanın iştirakı haqqında iddia ilə razılaşıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Donald Tramp prezident seçkilərində qələbəsindən sonra keçirdiyi ilk mətbuat konfransında deyib.

“Düşünürəm ki, bu, Rusiya idi”, - deyə Tramp bildirib.

O, əlavə edib ki, ABŞ-a başqa ölkələr də, xüsusi halda, Çin haker hücumları edir. Tramp vurğulayıb ki, Demokratlar Partiyasının Milli Komitəsi haker hücumlarından pis qorunurdu.

“Bizdə kompüter texnologiyaları üzrə dünyanın ən yaxşı mütəxəssisləri var. Biz müdafiəni təmin etmək üçün üzərimizdə işləyəcəyik”, - o deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm