"Qızlarınızı mən qaçırdım, qul kimi satacam" - DƏHŞƏT
Bizi izləyin

Dünya

"Qızlarınızı mən qaçırdım, qul kimi satacam" - DƏHŞƏT

Radikal İslamçı “Boko Haram” terror təşkilatı Nigeriyada 200-dən çox qız məktəblinin qaçırılmasına görə məsuliyyəti üzərinə götürüb.

Radikal İslamçı “Boko Haram” terror təşkilatı Nigeriyada 200-dən çox qız məktəblinin qaçırılmasına görə məsuliyyəti üzərinə götürüb.

Publika.az xəbər verir ki, terror təşkilatı qaçırılan qızların kölə olaraq satılacağını açıqlayıb.

Terror təşkilatının lideri Əbubəkr Şekau internetdə yerləşdirilən 57 dəqiqəlik video müraciətində "Qızlarınızı mən qaçırdım. Onları bazarda satacağam. Qərb tərzdə təhsilə bir son verilməsi lazım olduğunu söyləmişdim. Qızlar, məktəbi buraxıb evlənməlidirlər “, - deyə bildirib.

Yaşları 15 ilə 18 arasında dəyişən 276 qız şagird təxminən üç həftə əvvəl Chiboktaki məktəblərdən qaçırılmışdı. Şagirdlərdən bəzilərinin Kameruna aparılaraq zorla evlendirildiği istiqamətində xəbərlər yayılıb.

“Boko Haram” terror təşkilatı təxminən 5 ildir Nigeriyanın şimalında İslam dövləti qurmaq üçün qanlı mübarizə aparır.

Terror təşkilatın polis, ordu, inzibati orqanlar, məktəb və kilsələrə təşkil etdiyi hücumlarda yalnız bu il 1500-dən çox insan həyatını itirib.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm