Çavuşoğlu Qırğızıstana kömək təklif etdi
Bizi izləyin

Dünya

Çavuşoğlu Qırğızıstana kömək təklif etdi

Təyyarə qəzası ilə əlaqədar.

Türkiyə Bişkek yaxınlığındakı təyyarə qəzası ilə əlaqədar Qırğızıstana kömək göstərməyə hazırdır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Qırğızıstan Xarici İşlər Nazirliyinin başçısı Erlan Abdıldayevlə telefon söhbətinin gedişatında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Bizim nazirimiz qırğız həmkarı Erlan Abdıldayevə zəng vurub. O, Qırğızıstanda təyyarə qəzası ilə əlaqədar başsağlığı verib və bildirib ki, Tükiyə aviaqəza ilə əlaqədar istənilən köməyi göstərməyə hazırdır”, - deyə agentliyin həmsöhbəti vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm