Qırğızıstanda matəm elan edildi
Bizi izləyin

Dünya

Qırğızıstanda matəm elan edildi

Ölkə ərazisində bütün əyləncə tədbirləri ləğv edilib.

Qırğızıstan prezidenti Almazbek Atambayev “Boinq-747” yük təyyarəsinin qəzası nəticəsində çoxsaylı itkilərlə əlaqədar yanvarın 17-sini ölkədə matəm günü elan edib.

Publika.az bu ölkənin mediasına istinadən xəbər verir ki, matəm günü ölkə ərazisində, xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinin binalarında Qırğızıstanın dövlət bayraqları endiriləcək.

Ölkə ərazisində bütün əyləncə tədbirləri ləğv edilib.

Honkonqdan gələn "Turkish Airlines" aviaşirkətinə məxsus yük təyyarəsi Bişkekin Manas hava limanına eniş edən zaman qəzaya uğrayıb. Son məlumatlara görə, qəzada 4-ü ekipaj üzvü olmaqla, 37 nəfər həlak olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm