Atambayev Çin səfərini yarımçıq qoydu
Bizi izləyin

Dünya

Atambayev Çin səfərini yarımçıq qoydu

Onun səfərdən sonra da bir müddət Çində qalması nəzərdə tutulurdu.

Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Türkiyəyə məxsus təyyarənin Bişkekdə qəzaya uğraması ilə nəticələnən qəza səbəbindən Çinə səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb.

Publika.az xəbər verir ki, A.Atambayev Çinə işgüzar səfərə gedibmiş. Onun səfərdən sonra da bir müddət Çində qalması nəzərdə tutulurdu.

Qeyd edək ki, yanvarın 16-da səhər saatlarında Honk-Konq- Bişkek-İstanbul marşrtu üzrə uçan yük təyyarəsi qəzaya uğrayaraq, yaşayış binasının üzərinə düşüb. Nəticədə 42 nəfər həlak olub, 11 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm