Misir məhkəməsi adaları krala verməkdən imtina etdi
Bizi izləyin

Dünya

Misir məhkəməsi adaları krala verməkdən imtina etdi

Minlərlə insan etiraz əlaməti olaraq Qahirə küçələrinə çıxıb.

Misir Ali məhkəməsi hökumət tərəfindən təklif edilmiş Qırmızı dənizdəki iki adanın Səudiyyə Ərəbistanına verilməsi layihəsini rədd edib.

Publika.az xəbər verir ki, bu haqda yerli KİV bildirib.

Məhkəmənin qətnaməsində qeyd edilir ki, hökumət adaların həmişə Səudiyyə Ərəbistanına aid olması barədə bəyanatları sübut edəcək kifayət qədər dəlil verməyib.

Daha əvvəl Misir hökumətindən bildiriblər ki, Tiran və Sənafir adaları Misirin nəzarətinə yalnız 1950-ci ildə keçib və onların Səudiyyə Ərəbistanına ötürülməsi haqqında müqavilə Misirə iqtisadi xeyir gətirərdi. Hökumətin bu bəyanatından sonra minlərlə insan etiraz əlaməti olaraq Qahirə küçələrinə çıxıb.

Qeyd edək ki, 2016-cı ilin aprel ayında Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz Misirə səfəri zamanı Tiran və Sənafir adalarının 10 il ərzində təhvil alınması barədə saziş imzalanıb. Öz növbəsində Salman Misirə çoxmilyardlı kreditlər və investisiyalar söz verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm