Dünya
Türkiyəli general: “Təyyarənin qəzaya uğramasında terror ehtimalı istisna deyil” – ÖZƏL
Türkiyə Hava Təşkilatı Universitetinin rektoru, Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan Qırğızıstanın Çuysk vilayətində “Türkiyə Hava Yolları” şirkətinə məxsus “Boeing 747” yük təyyarəsinin qəzaya uğramasına münasibət bildirib.
K.Atılgan Publika.az-a açıqlamasında deyib ki, təyyarəni idarə edən pilotlar çox təcrübəli olublar:
“Həmin pilotları yaxından tanıyıram, vaxtilə hər iksi mənim idarəmdə çalışıblar. Allah onlara rəhmət etsin!”.
Türkiyəli general qeyd edib ki, qəzanın səbəbləri təyyarənin “qara qutu”su oxunduqdan sonra bəlli olacaq:
“Təyyarənin qəzaya uğramasının səbəbi kimi ilkin ehtimal olaraq hava şəraitinin pis olması göstərilir. Ancaq “qara qutu” oxunduqdan sonra dəqiq nəticə məlum olacaq. Dünyada bu cür qəzalar zaman-zaman baş verir. Qəzaya uğrayan təyyarə də Türkiyənin nüfuzlu daşıma şirkətinə məxsusdur. Təyyarənin istehsal olunduğu il də çox uzaq deyil. Qəzaya uğrayan təyyarə 2003-cü il istehsalıdır və 100-120 ton yük daşımaq qabiliyyəti var. Pilotlar da yanacaq doldurmaq üçün Manas hava limanına enərək, oradan da Türkiyəyə uçmalı idilər. Çox təəssüf ki, təyyarə hava limanına enərkən qəzaya uğrayıb”.
K.Atılgan təyyarənin qəzaya uğramasının arxasında terror ehtimalının olub-olmaması məsələsinə də toxunub:
“İndi bu hadisənin terror aktı olub-olmamasını dəqiq demək mümkün deyil. Adətən terrorçular yük təyyarəsini deyil, sərnişin təyyarəsini partlatmağa çalışırlar. Ancaq təyyarənin qəzaya uğramasında terror ehtimalı da istisna deyil. İstənilən halda “qara qutu” oxunduqdan sonra qəzanın əsl səbəbi məlum olacaq”.
Vasif Həsənli
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama