Gecə klubunda atışma - 5 ölü
Bizi izləyin

Dünya

Gecə klubunda atışma - 5 ölü

Festival yasa döndü.

Meksikanın cənub-şərqində gecə klublarından birində baş vermiş atışma nəticəsində azı 5 nəfər ölüb.

Publika.az TASS-a istinadən verdiyi məlumata görə, atışma nəticəsində yaralananların sayı azı 9 nəfər göstərilir.

Atışma zamanı gecə klubunda "Blue Parrot" elektron musiqi festivalı keçirilirmiş.

Məlumata görə, naməlum şəxs kluba daxil olaraq atəş açıb. Ölənlər arasında 3 nəfər klubun mühafizəçisinin olduğu bildirilir.

Cinayətin motivləri hələ məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm