Trampa təklif: “Jurnalistlər narkotik testdən keçirilsin”
Bizi izləyin

Dünya

Trampa təklif: “Jurnalistlər narkotik testdən keçirilsin”

Trampa təklif: “Jurnalistlər narkotik testdən keçirilsin”.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın mətbuat katibi postuna namizəd Devid Martosko Ağ Evdə işləyən jurnalistlərin narkotik testdən keçirilməsini təklif edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Devid Martosko jurnalistlərin ildə 2 dəfə narkotik testdən keçirilməsini istəyib.

“Daily Mail Online” internet saytında redaktorluq edən Martosko noyabrın 8-də Trampın prezident seçilməsindən sonra Ağ Evin mətbuat katibi postu üçün namizədliyini verib. O, bu məqsədlə hazırladığı gizli qeydlərdə Trampa müxtəlif tövsiyələr verib. Jurnalistlərin ildə 2 dəfə narkotik testdən keçirilməsi də bu təkliflərdən biridir.

Lakin Tramp Devid Martoskonu deyil, Respublikaçılar Partiyası Milli Komitəsinin keçmiş ictimaiyyətlə əlaqələr üzrə direktoru Sin Spikeri seçib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm