Terrorçunun tutulduğu binanın sakini: "Son 10 gündə diqqətimizi çəkən tək şey..." - - VİDEO
Bizi izləyin

Dünya

Terrorçunun tutulduğu binanın sakini: "Son 10 gündə diqqətimizi çəkən tək şey..." - - VİDEO

Əməliyyata şahid olan bina sakinləri əməliyyat anlarını izah ediblər.

İstanbul Terrorla Mübarizə İdarəsi (TEM) qrupları "Reina" terrorçusu "Əbu Məhəmməd Əl Xorasani" kod adlı terrorçunun qaldığı Esenyurtdakı bir evdə əməliyyat keçirərək terrorçu ilə birlikdə 5 nəfər saxlanılıb.

Əməliyyata şahid olan bina sakinləri əməliyyat anlarını izah ediblər.

Bir bina sakini: "Evdə oturmuşduq, səs-küy gəldi. Səs-küyə bayıra çıxdıq. Polislər sürətli bir şəkildə yuxarı çıxırdılar. Ondan sonra qışqıraraq "Uzan" dedilər. Polislər onun "Reina"dakı təcavüzkar olduğunu dedilər. Onu götürüb apardılar", - deyib.

İndiyə qədər binada diqqətimizi çəkən bir şey olmadı

Binanın başqa bir sakini də: "23.43-də səs-küy eşitdim. Əvvəl silahlı qarşıdurma var sandım. 155 Polis Çağırış bölməsinə zəng edib, silahlı basqın var dedim. Sonra Xüsusi Polis qüvvələrinin əməliyyat keçirdiyinin fərqinə vardım. Sonra mənzildən biri zənci olmaqla, 3 qadın, bir 3-4 yaşında uşaq çıxardıqlarını gördüm. İndiyə qədər binada diqqətimizi çəkən bir şey olmadı. Onlarla da heç bir şəkildə qarşılaşmadıq. Binamız təhlükəsiz bir binadır. Tək əskiyimiz təhlükəsizlik kamerasıydı, terrorçular da ondan faydalanıblar. Son 10 gündə diqqətimizi çəkən tək şey binada zəncilərin sıx olaraq girib-çıxmasıydı".

Əməliyyat keçirilən mənzildə isə polisin axtarışları hələ də davam edir.

(milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm