Rusiya ordusu Suriyada mina təmizləmə işlərinə başladı – VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

Rusiya ordusu Suriyada mina təmizləmə işlərinə başladı – VİDEO/FOTOLAR

Artıq 2 min hektar ərazi minadan təmizlənib.

Rusiya ordusu Suriyada terrorçulardan azad olunan ərazilərdə mina təmizləmə işlərinə başlayıb.

Publika.az “Rusiya 24” televiziya kanalına istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Beynəlxalq Mina Təmizləmə Mərkəzinin rəhbəri İqor Mihaylik məlumat verib.

O bildirib ki, Suriyada artıq 2 min hektar ərazi minadan təmizlənib.

Onun sözlərinə görə, həmin ərazidən 24 minə yaxın partlayıcı qurğu aşkar edilib:

“Hazırda istehkamçılar Hələbin tarixi ərazilərini minalardan təmizləyir. Mina təmizləmə işinə istehkamçı mütəxəssislərlə yanaşı, mina axtaran texnika və cihazlar, “Uran-6” hərbi texnikası, robotlar və itlər cəlb olunub”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm