Terrorçunun tutulması xəbərini canlı yayımda oxuyan aparıcıdan FƏRQLİ REAKSİYA - - VİDEO
Bizi izləyin

Dünya

Terrorçunun tutulması xəbərini canlı yayımda oxuyan aparıcıdan FƏRQLİ REAKSİYA - - VİDEO

"Habertürk" kanalının aparıcısı Didem Arslan xəbərə şərh verib.

İstanbul Ortaköydəki "Reina" klubunda qətliam törədən terrorçu Əbdülkadir Maşaripov 17 gündən sonra Esenyurtda İŞİD-çinin evində tutulub.

O, şəhər polisinin baş idarəsinə təhvil verilib. Yatağın altına girən terrorçu qarşıdurma olmadan canlı olaraq ələ keçirilib.

"Haberler"ə bildirir ki, onun tutulması xəbərini canlı yayımda oxuyan "Habertürk" kanalının aparıcısı Didem Arslan xəbərə şərh verib. O, görüntülərin efirə getdiyi zaman: "Yaxşıca döyüblər. Əlləri dərd görməsin, çox yaxşı ediblər", - deyib.

(milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm