Lavrov müharibədən danışıb üzr istədi və prezidentlə görüşə getdi - YENİLƏNDİ - CANLI
Bizi izləyin

Dünya

Lavrov müharibədən danışıb üzr istədi və prezidentlə görüşə getdi - YENİLƏNDİ - CANLI

“Demokratiya və dəyərlərin ixracı yaxşı heç nəyə gətirmir".

Rusiya XİN rəhbəri Balkanlarda müharibə təhlükəsindən danışıb.

“Ümid edirəm ki, qarşıdurma olmayacaq. Tarix göstərir ki, qarşıdurma heç kimə sərf etmir”, - deyə o bildirib.

Lavrov qeyd edib ki, Rusiya Estoniya ilə ikitərəfli münasibətləri inkişaf etdirmək istəyir:

“Biz qarşıdurmanın olmasını istəmirik”.

O, rus hakerlərin ABŞ-dakı seçkiyə müdaxiləsi haqqında deyilənləri qeyri-ciddi adlandırıb.

“Ciddi insanlar bununal məşğul olmaq istəmir. Artıq beynəlxalq demaqoqluq köhnəlib”, - deyə o bildirib.

S.Lavrov Ukrayna münaqişəsində Minsk razılaşmasının əsas olduğunu deyərək, konfransı yekunlaşdırıb və jurnalistlərdən üzr istəyib.

Və qeyd edib ki, Moldova prezidenti ilə görüşdə iştirak etməlidir.

****

S. Lavrov Vladimir Putinlə Donald Trampın görüşəcəyi haqqında informasiyanın həqiqətə uyğun olmadığını açıqlayıb.

O, Trampın “Rusiya nüvə silahını ixtisar edərsə, sanksiyaların ləğvini təklif edə bilərəm” açıqlamasını şərh edərkən bildirib ki, Moskva nüvə silahının ixtisarı məsələsinə faydalı işin davamı kimi baxır:

“Trampın açıqlaması göstərir ki, o, sanksiyalarla bağlı düşünəcək. Digər tərəfdən, əgər Rusiya ilə faydalı işlər görmək istəyərlərsə, bu barədə düşünə bilərik. Lakin Trampın sözlərində ümumilikdə heç bir təklif görmədim. Rusiya üçün prioritet məsələlərdən biri strateji sabitlik üçün ABŞ-la dialoqun yenilənməsi olacaq”.

Lavrov NATO qüvvələrinin Baltikyanı bölgəyə yerləşdirilməsinə də münasibət bildirib.

“NATO-nun davranışları çox pisdir. NATO Rusiya ilə sərhəddə öz qoşunlarını yerləşdirməkdən başqa heç nə edə bilmirsə, bu çox kədərlidir, həmçinin bu, onlarda kəşfiyyatın pis işlədiyini göstərir”, - deyə o bildirib.

****

Sergey Lavrov Astanada Suriya münaqişəsi ilə bağlı keçirilən görüş haqqında da danışıb:

“Biz Türkiyə və İranla Astanada görüş hazırlayırıq. Məqsədimiz komandirləri siyasi prosesin normallaşmasına inandırmaqdır. İnanıram ki, buna nail olacağıq. Biz bu görüşdə BMT və ABŞ nümayəndələrinin iştirak etməsini istəyirik”.

Rusiya XİN rəhbəri ABŞ-ın yeni prezidenti Donald Tramp və komandasının bəyanatlarının sərtləşməsini şərh edib.

“Biz realist düşünürük və ABŞ-ın yeni administrasiyasının necə hazırlandığını görürük. Lakin yeni administrasiya fəaliyyətə başlayandan sonra hansısa perspektivlər haqqında danışmaq mümkün olacaq. Tramp və komandasının bəyanatlarını da izləyirik. Amma onu da görürük ki, onlar ikili standart yanaşmaları qəbul etmirlər. İnanırıq ki, terrorizmlə mübarizədə birgə hərəkət edə biləcəyik və Trampın dövründə Suriya məsələsində ABŞ-la qarşılıqlı təsirlər effektli olacaq”, - deyə o bildirib.

****

Rusiya xarici işlər naziri Sergey Lavrov 2016-cı ilin yekunları ilə bağlı ənənəvi mətbuat konfransı keçirir.

Publika.az xəbər verir ki, konfransda Rusiyadan 160, xarici ölkələrdən 300 jurnalist iştirak edir.


ABŞ-dan Rusiya diplomatlarının çıxarılmasını şərh edən Lavrov bildirib ki, rus diplomatlar təzyiq altında idilər: “Amerika xüsusi xidmət orqanları səfirləri ələ almaq üçün müxtəlif təkliflər irəli sürürdülər”.

Bütün ölkələrlə bərabərhüquqlu münasibətlərə önəm verdiklərini deyən S.Lavrov qeyd edib ki, Rusiya xaricdən dəyər idxal etmir.

“Demokratiya və dəyərlərin ixracı yaxşı heç nəyə gətirmir. Buna nümunə kimi “ərəb baharı” və Ukraynanı göstərmək olar”, - deyə o bidirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm