“Reina” terrorçusu hər şeyi etiraf etdi
Bizi izləyin

Dünya

“Reina” terrorçusu hər şeyi etiraf etdi

Türkiyə polisi terrorçunu tutmaq üçün 7 min 200 saatlıq kamera görüntülərini araşdırıb.

“Reina” gecə klubunda qətliam törədən terrorçu Əbu Muhammed Əl Horasani kod adlı Abdulkadir Maşaripov tutulduqdan sonra hər şeyi etiraf edib.

Publika.az xəbər verir ki, bu barədə İstanbul valisi Vasip Şahin açıqlayıb.

Vali bildirib ki, terrorçu günahını etiraf edib və hücumun İŞİD-in əmri ilə etdiyini bildirib.

Həbs olunan terrorçu Abdulkadir Maşaripov 1983-cü ildə Özbəkistanda doğulub, Əfqanıstanda təlim keçib. 4 dil bilir. Türkiyəyə 2016-cı ilin yanvar ayında gəldiyi ehtimal olunur.

Türkiyə polisi terrorçunu tutmaq üçün 7 min 200 saatlıq kamera görüntülərini araşdırıb. Əməliyyata ümumilikdə 2 min polis cəlb edilib.

Məlumata görə, terrorçu əvvəlcə Başakşehirdə ev tutub. Daha sonra bir neçə ev dəyişdirərək, gizlənməyə çalışıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm