Ərdoğan “Reina” terrorçusundan və başına gələn hadisədən danışdı
Bizi izləyin

Dünya

Ərdoğan “Reina” terrorçusundan və başına gələn hadisədən danışdı

"Qərb zəngin olmasına baxmayaraq, miqrantları qəbul etmir. Amma Aylan körpənin fotolarını manşetlərə daşıyırlar".

“Dünən gecə təhlükəsizlik güclərimiz Ortaköyde baş verən hücumu törədən terrorçunu yaxaladı. Bütün kəşfiyyat və təhlükəsizliyik güclərimizi təbrik edirəm”.

Publka.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Reina” terrorunu törədən Əbu Muhammed Əl Horasani kod adlı Abdulkadir Maşaripovun tutulmasına münasibət bildirərkən deyib.

Ərdoğan qeyd edib ki, hər kəs etdiklərinin cavabını alacaq:

“Bu ölkədə heç bir cinayətkar cəzasız qalmayacaq”.

Ərdoğan Türkiyənin təqdir olunacaq ölkə olduğunu bildirib:

"Qərb zəngin olmasına baxmayaraq, miqrantları qəbul etmir. Amma Aylan körpənin fotolarını manşetlərə daşıyırlar. Ümran körpəni də jurnallara çıxarırlar. İşə gəlincə, heç nə etmirlər. Biz isə tarix boyu həmişə darda qalanın, zülmə uğrayanın yanında olduq, olmağa da davam edəcəyik. Millətimiz ölkəsinə sahib çıxdıqca, Allahın köməkliyi ilə həll edə bilməyəcəyimiz problem yoxdur. Bizlər 14 il boyunca dayanmadan işlədik, rəhmətlik Özalın təbirincə desək, bütöv bir çağı geridə qoyduq”.

Türkiyə prezidenti keçmişi xatırlayaraq deyib ki, 14 il öncə hər qurumun ayrı xəstəxanası var idi.

“14 il öncə məmur olan şəxs evinin yanındakı xəstəxanaya gedə bilmirdi. Mənim başıma bununla bağlı hadisə gəlib. Bir qəza keçirdim, dostlar məni xəstəxanaya çatdırdı. Özümdə deyildim, amma dumanlı da olsa deyilənləri eşidirdim. Soruşdular ki, sığortalı məmurdur? Sığortalı olduğumu eşidəndə qəbul edə bilməyəcəklərini bildirdilər. Belə qəribə vəziyyətdən bu günlərə gəldik. Biz bunların hamısını birləşdirdik və vətəndaşlar istədiyi yerdə müalicə oluna bilərlər. İndi hər kəs istədiyi aptekdən dərmanını ala bilir”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm