Qayıq dənizdə batdı: 180 ölü
Bizi izləyin

Dünya

Qayıq dənizdə batdı: 180 ölü

Bu faciə 2017-ci ilin ilk böyük faciəsi olaraq qeydə alınıb.

Aralıq dənizində 200-ə qədər miqrantın olduğu qayıq batıb.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Miqrasiya Komissarlığı məlumat yayıb.

Məlumata görə, qayığın batması xəbərini xilas olan miqrantlar veriblər. Xilas olanlar İtaliyanın Siciliya adasına çıxa biliblər.

Rəsmilər təxminən 180 insanın öldüyünü düşünür.

Bu faciə 2017-ci ilin ilk böyük faciəsi olaraq qeydə alınıb.

Qeyd edək ki, ötən ilin statistikasına görə 5 min miqrant Aralıq dənizində batıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm