Türkiyəli deputatdan "Recep İvedik 5"-ə ETİRAZ
Bizi izləyin

Dünya

Türkiyəli deputatdan "Recep İvedik 5"-ə ETİRAZ

Millət vəkili filmin yaradıcı heyətinə həmin səhnənin çıxarılması üçün məktub ünvanlayacağını bildirib.

Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar "Recep İvedik 5" filmində yer alan bəzi səhnələrə münasibət bildirib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, N.Ünüvar filmdə türk və azərbaycanlı boksçuların döyüşündəki dialoq və epizodlardan narahat olduğunu bildirib.

Millət vəkili filmin yaradıcı heyətinə həmin səhnənin çıxarılması üçün məktub ünvanlayacağını bildirib.

N.Ünüvar Azərbaycandakı çoxsaylı dostlarının həmin səhnəyə görə ona narahatlıqlarını bildirdiyini deyib:

"Bir film səhnəsi ilə iki ölkənin dostluğu pozula bilməz. Amma nə üçün hər hansı filmdə bir-birimizi narahat edəcək dialoq, epizod olmalıdır? Məqsədiniz güldürmək ola bilər, bəlkə buna bir-iki nəfər gülə də bilər, amma təəssüf hissi keçirənlərin sayı daha çoxdur".

O, Türkiyə və Azərbaycanın "ətlə dırnaq kimi" olduğunu, hansı narahat olsa, digərinin də narahat olduğunu, hansı sevinsə, digərinin də sevindiyini bidirib.

İki ölkə idmançılarının beynəlxalq arenalarda bir-birinə alicənablıqla yanaşdığını xatırladan N.Ünüvar qeyd edib:

"Azərbaycanlı idmançı çempion olunca, türk tamaşaçılar Azərbaycan bayrağını dalğalandırmaqdan, türk idmançı çempion olanda da azərbaycanlı tamaşaçılar da Türkiyə bayrağını dalğalandırmaqdan sevinc duyarlar. Bizim öyrəşdiyimiz səhnə budur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm