ABŞ-ın bu addımı Putini özündən çıxaracaq
Bizi izləyin

Dünya

ABŞ-ın bu addımı Putini özündən çıxaracaq

Yeni hərbi əməkdaşlıq müqaviləsi imzalandı

Estoniyanın müdafiə naziri Marqus Saxkna və ABŞ-ın bu ölkədəki səfiri Ceyms Mervil hərbi əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, müqavilədə Amerika hərbi qulluqçularının Estoniyada fəaliyyətinin sadələşdirilməsi və hüquqi nizama salınması nəzərdə tutulur.

“Bu, təhlükəsizlik sahəsində ABŞ və Estoniya əməkdaşlığını möhkəmləndirəcək”, - deyə ABŞ səfiri bildirib.

Müqavilə, həmçinin amerikalı əsgərlərə Estoniyanın qapalı hərbi obyektlərə giriş hüququ da verir.

Qeyd edək ki, bu müqavilə ABŞ-ın Şərqi Avropa boyunca Rusiya sərhədinə hərbi qüvvələr yerləşdirməsi fonunda diqqət çəkir. Rusiya Baltikyanı ölkələrdə Amerika ordusunun mövqelərinin güclənməsini özünə qarşı təhdid olaraq görür.

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Estoniya ilə ikitərəfli münasibətlərin inkişafında maraqlıdırlar:

“Biz qarşıdurmanın olmasını istəmirik”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm