“Reina” qətliamçısının vətənindən açıqlama gəldi
Bizi izləyin

Dünya

“Reina” qətliamçısının vətənindən açıqlama gəldi

“Reina” qətliamçısının vətənindən açıqlama gəldi.

İstanbuldakı “Reina” terror hücumunun şübhəlisi Abdülkadir Maşaripovun vətəni Özbəkistandan onun tutulması ilə əlaqədar açıqlama gəlib.

Publika.az xəbər verir ki, Özbəkistan təhlükəsizlik qurumlarından bir səlahiyyətli “Anadolu” agentliyinə Maşaripovun 6 il əvvəl Özbəkistandan çıxaraq Əfqanıstana getdiyini söyləyib.

Səlahiyyətli Əfqanıstanda terror təşkilatına üzv olduğu üçün onun adının Özbəkistanda axtarışda olan şəxslərin siyahısında olduğunu deyib.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə "Reina" gecə klubunda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Əbu Muhammed Xorasani" kod adlı terrorçu Abdulkadir Maşaripov əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalanıb. Onunla birgə daha 3 nəfər tutulub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm