Putin: “Onlar fahişələrdən betərdir”
Bizi izləyin

Dünya

Putin: “Onlar fahişələrdən betərdir”

Putin iddialara cavab verib.

Rusiya prezidenti Vladimir Putin rus kəşfiyyatının ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa zərər verəcək məlumatlar topladığına dair iddiaları ilk dəfə şərh edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Putin moldovalı həmkarı İqor Dodonla görüşdən sonra keçirdiyi mətbuat konfransında iddialara cavab verib.

Rusiya lideri Trampa quyu qazmağa çalışdıqlarını söyləyib. 2014-cü ildə Ukraynada Rusiya meylli hökuməti devirmək üçün başlanan etiraz nümayişlərini xatırladan Putinın sözlərinə görə, bəziləri Vaşinqtonda yeni bir Maydanı səhnələşdirmək istəyirlər.

“Bu yalan xəbərləri yayanlar fahişələrdən betərdir. Onlarda heç bir mənəvi məhdudiyyət yoxdur”, - deyə Putin bildirib.

Qeyd edək ki, yanvarın 11-də “BuzzFeed” saytı Britaniya kəşfiyyatının keçmiş əməkdaşının məruzəsini dərc edib. Məruzədə iddia edilir ki, Rusiyada Trampı etibardan salan informasiyalar var.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm