ABŞ-dan Serbiya prezidentinə SANKSİYA
Bizi izləyin

Dünya

ABŞ-dan Serbiya prezidentinə SANKSİYA

Sanksiya 1995-ci ildə qəbul edilmiş Deyton razılaşmasının pozulmasına çalışanlara qarşı tətbiq edilir.

ABŞ Maliyyə Nazirliyi Serbiya Respublikasının prezidenti Milorad Dodikə qarşı sanksiyalar tətbiq olunduğunu elan edib.

Publika.az "TASS"-a istinadən xəbər verir ki, sanksiya 1995-ci ildə qəbul edilmiş Deyton razılaşmasının pozulmasına çalışanlara qarşı tətbiq edilir. Maliyyə Nazirliyi hesab edir ki, Milorad Dodik bu sənədin reallaşmasına fəal mane olub.

"Milorad Dodik Bosniya və Herseqovinanın ərazi bütövlüyü və müstəqilliyinə ciddi təhlükə törədir. Bugünkü qərar ABŞ-ın Deyton razılaşmasına sədaqətini vurğulayır və ölkənin Avropaya inteqrasiya istiqamətində beynəlxalq səylərini gücləndirir" – deyə Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət üzrə profil bölməsinin vəzifələrini icra edən Con Smit bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm