Dünya
II Dünya Müharibəsi qayıdır: yəhudilərin Avropadan kütləvi köçü başlandı - - FOTOLAR
Bu, sizin ölkəniz deyil, sizin torpağınız deyil. Fransanı tərk edin, İsrailə gəlin. Əgər yəhudi qalmaq istəyirsinizsə, əgər istəyirsinizsə ki, sizin uşaqlarınız və nəvələriniz yəhudi olsunlar, Fransanı tərk edin”.
Belə bəyanatla İsrailin müdafiə naziri Avidqor Liberman 2016-cı
ilin sonunda çıxış etdi.
Bu, Fransadakı yəhudilərin həyatının mürəkkəb olduğuna işarədir.
Ekstremist sağçıların baş qaldırmasından sonra radikal islamçılar
da yəhudilərə qarşı çıxış edir. Artıq Fransada yəhudilər və
iudaizmə bağlı olan obyektlər antisemit hücumlara məruz qalır.
“Avropada yəhudiləri ona görə öldürürlər ki, onlar
yəhudidir”.
A.Liberman faktiki olaraq baş nazir Benyamin Netanyahunun iki il
öncəki sözlərini təkrarlayır.
Netanyahu deyirdi: “Avropadakı yəhudilər öz kimliklərinə
görə öldürülür. İsrail sizin evinizdir. Biz Avropadakı yəhudilərin
kütləvi şəkildə İsrailə gəlməsini istəyirik”.
Fransanın baş naziri olmuş Vals Manuel həmin vaxt Netanyahuya belə cavab verdi: “Fransalı yəhudilərin evi Fransadır. Bizim birlikdə gücümüz nifrətə müqavimət göstərməyə yetərlidir. Fransanı tərk edən hər bir yəhudi Fransanın bir parçasıdır”.
Lakin Fransanın xarici işlər naziri Rolan Dyuma başqa cür danışdı. O bildirdi ki, Vals yəhudi olan arvadının təsiri altındadır: “Onda şəxsi maraq var və buna görə qərəzlidir”.
Hələ 2014-cü ildə Fransada ictimai rəyin öyrənilməsi institutu
(İFOP) “Fransa ictimai rəyində antisemitizm” haqqında tədqiqat
apardı. Sorğuda iştirak edən fransızların 35 faizi düşünürdü ki,
“yəhudilər II Dünya Müharibəsi zamanı qurban statusundan
hazırda öz xeyirləri üçün istifadə edir”.
Respondentlərin dördə biri hesab edirdi ki, “yəhudilər
iqtisadiyyat və maliyyə sahəsində həddindən artıq hakimiyyətə
malikdirlər”. 22 faiz yəhudilərin mediada nüfuzlu
olduğuynu qeyd etdi. 19 faiz isə onların siyasətə diktə etdiyini
hesab edirdi. 6 faiz respondent isə çətin həyat şəraitlərinə görə
yəhudiləri ittiham etdi.
“Français Fondation de Judaisme” fondunun 2016-cı ildə keçirdiyi
sorğuda 59 faiz insan hesab edir ki, antisemitizmə görə yəhudilərin
özləri də günahkardır. Respondentlərin böyük əksəriyyəti
yəhudilərin varlı və hakimiyyət sahibi olduqlarını bildirib. 13
faiz insan isə Fransada yəhudilərin sayının həddindən artıq
olduğunu deyib.
Artıq yəhudilərin Fransanı kütləvi şəkildə tərk etdiyi faktdır.
Statistikaya görə, təkcə ötən il 5 min yəhudi Fransanı tərk edib.
2015-cü ildə bu rəqəm 7,9, 2014-cü ildə isə 7,2 min idi. Son 10
ildə Fransadan 40 min yəhudi İsrailə köçüb.
Fransada yəhudi agentliyinin rəhbəri Daniel Benxaiman deyir ki,
bəziləri iqtisadi, yaxud dini səbəblərə görə İsrailə gedirsə,
çoxları Fransada artan terrora görə bunu edir.
Yəhudilərin Fransada ehtiyat etməsinin tarixi səbəbləri var.
1980-ci ilin 3 oktyabr tarixində Parisin Kopernika küçəsində
Sinaqoqun ətrafında portlayış törədildi. 4 nəfər həlak oldu, 46
nəfər yaralandı. Bundan sonra Fransada yəhudi icmasının müdafiəsi
təşkilatı (Service de Protection de la Communauté Juive - SPCJ)
yarandı. Təşkilat yəhudilərə çətin vəziyyətlərdə hərəkət etmək
qaydalarını öyrədir, onları özünümüdafiəyə və təhlükəyə qarşı
həssaslığa kökləyirdi.
2012-ci ildə Tuluzada Məhəmməd Mera skuterlə yəhudi məktəbinə
yaxınlaşaraq, 30 yaşlı ravvini və biri yeddi, o biri üç yaşında
olan oğlanlarını vurdu. Bundan sonra terrorçu məktəbə daxil oldu və
qarşısına çıxana atəş açmağa başladı. Səkkiz yaşlı qız öldü, bir
yeniyetmə isə yaralandı.
Lakin yəhudilərə qarşı zorakılıq bununla bitmədi. 2015-ci ilin 9 yanvar tarixində (“Charlie Heboda” jurnalının redaksiyasının güllələnməsindən iki gün sonra) 32 yaşlı Amedi Kulibali yəhudinin sahib olduğu mağazaya daxil olan dörd alıcını öldürdü, 15 nəfəri isə girov götürdü. Mağazanın sahibi hadisədən sonra bildirdi ki, həmişəlik olaraq İsrail köçür.
Ötən ilin yanvarında ərəb mənşəli yeniyetmə Marseldə yəhudi müəlliminə hücum etdi. Müəllim əllərindən və çiyinlərindən yaralandı. Yeniyetməni dindirərkən, bildirdi ki, bunu “Allah naminə” və İŞİD-ə dəstək olaraq edir.
Fransadakı yəhudilər təkcə radikal müsəlmanların təzyiqi ilə
qarşılaşmır. Onlar həm də fransız ultrasağçılarının da hücumuna
məruz qalırlar. Misal üçün, ötən ilin martında radikal sağçılar
Verdendə sinaqoqa iki dəfə hücum etdi. Onlar sinaqoqa alçaldıcı
plakatlar yapışdırdılar. Hakimiyyət isə nəinki sağçıları
cəzalandırdı, ümumiyyətlə, bu hadisənin üzərini ört-basdır
etdi.
25 dekabrda isə Paris yaxınlığındakı Sen-Denində Anna Frank adına
ibtidai məktəbin qapılarına nasist və anti-semit yazılar
yazmışdılar: “Juden Verboten” (yəhudilərə giriş qadağandır).
Həmçinin, Davidin ulduzları və yəhudiləri alçaldan təsvirlər
yapışdırmışdılar.
Bu hadisə yəhudiləri dini bayramı olan Xanukun birinci günündə baş
vermişdi. Bu dəfə polis məsələni ciddi şəkildə araşdırdı və bir gün
sonra 44 yaşlı fransızı saxladı. O, radikal sağçı baxışlarına malik
idi.
SPCJ-nin məlumatına görə, 2015-ci ildə yəhudilərə qarşı 808
hücum qeydə alınıb.
İki il öncə Vals Manuel belə deyirdi: “Əgər 100 min yəhudi ölkəni
tərk edərsə, bu, Fransanın ürəyini, ruhunu itirməsi deməkdir”.
Həmin vaxtdan başlayaraq, yəhudilər kütləvi şəkildə Fransanı tərk
edirlər və Fransa artıq ruhundan məhrum olur.
Asif
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO