Putin “Yeni SSRİ”yə daha bir ölkəni daxil edir
Bizi izləyin

Dünya

Putin “Yeni SSRİ”yə daha bir ölkəni daxil edir

Avropa İttifaqı ilə 2014-cü ildə əldə olunmuş "yol xəritəsi" sazişi ləğv edilə bilər.

Moldova və Avrasiya İqtisadi İttifaqı arasında mümkün çərçivə razılaşması Avropa İttifaqı ilə assosiasiya çərçivəsində Kişnyovun öhdəliklərinə zidd deyil.

Publika.az xəbər verir ki, bu barədə Moldova prezidenti İqor Dodon "Sputnik" radiosunun efirində bildirib.

"Əminəm ki, Avrasiya İqtisadi İttifaqı ilə çərçivə razılaşmasını imzalayacağıq", - deyə o vurğulayıb.

Daha əvvəl o deyib ki, Moldova Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etmək üçün Avropa İttifaqı ilə 2014-cü ildə əldə olunmuş "yol xəritəsi" sazişini ləğv edə bilər. Dodon yaxın həftələrdə Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq çərçivəsində memorandumun imzalanması barədə müzakirələrin başlanacağını qeyd edib.

Avrasiya İqtisadi İttifaqına keçmiş SSRİ-nin tərkibində olan 5 respublika - Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir. İttifaq bəzən Rusiya prezidenti Vladimir Putinin “Yeni SSRİ”si də adlandırılır.

Rusiya meylli Dodon dekabrın 23-də vəzifəsinin icrasına başlayıb. Özünün seçkiöncəsi proqramına uyğun olaraq, o, Moldova məhsullarının Rusiya bazarına qaytarılması və ikitərəfli iqtisadi münasibətlərin sahmana salınması istiqamətində addımlar atacaq. Dekabrın 27-də Avropa İttifaqının bayrağı Moldova Prezident Administrasiyasının binası üzərindən endirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm