Krım Ukraynaya qaytarılacaq - PROQRAM
Bizi izləyin

Dünya

Krım Ukraynaya qaytarılacaq - PROQRAM

"Krım beynəlxalq hüquq və müqavilələrin əksinə zəbt edilib”

Rusiyanın “Yabloko” müxalifət partiyasından prezidentliyə namizəd Qriqoriy Yavlinskiy seçkiqabağı proqramını açıqlayıb.

Publika.az xəbər verir ki, siyasətçi proqramda Krımın Ukraynanın ərazisi olduğunu bildirib.

Sənədə əsasən, Yavlinskiy Ukraynaya qarşı təcavüzün təcili dayandırılması dəstəkləyir.

“Ukraynanın daxili işlərinə güc müdaxiləsinin istənilən formalarını, həmçinin müharibə təbliğatını dayandırmaq lazımdır. Ən yüksək dövlət səviyyəsində Ukraynanın ərazi bütövlüyünə və Rusiyanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə sədaqət bəyan edilməlidir. Krım beynəlxalq hüquq və müqavilələrin əksinə zəbt edilib”, - proqramda deyilir.

Daha əvvəl Yavlinskiy bildirib ki, Rusiya Ukrayna yarımadasını zəbt edərək sıfır reputasiyaya malik ölkə olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm