“Trampa mükəmməl hədiyyə” təklifinə Putindən CAVAB
Bizi izləyin

Dünya

“Trampa mükəmməl hədiyyə” təklifinə Putindən CAVAB

“Keçmiş bir CİA əməkdaşı üçün insanları bəzilərinə hədiyyə vermək normal ola bilər".

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq əməkdaşı Edvard Snoudenə Rusiyada yaşamaq üçün verilən sənədin müddəti 2020-ci ilə qədər uzadılıb.

Publika.az xəbər verir ki, bu haqda SİTA agentliyinə Snoudenin vəkili Anatoli Kuçeren bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, ən yaxın illərdə Snouden Rusiya Federasiyasının vətəndaşlığının alınması üçün müraciət edə bilər. Kuçeren xatırladıb ki, qanunvericiliyə görə, Rusiya vətəndaşlığı almaq üçün ən azı beş il bu ölkədə yaşamaq lazımdır.

Qeyd edək ki, Edvard Snouden ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) elektron izləmə proqramları haqqında sənədləri KİV-ə ötürüb. O, 2013-cü ilin iyununda Birləşmiş Ştatlardan Honkonqa qaçıb, oradan isə Ekvadora getmək üçün Moskvaya uçub. Ancaq ABŞ hakimiyyəti onun pasportunu ləğv etdiyi üçün Rusiyada qalmalı olub. Snouden 2014-cü ildə Rusiyada üç il yaşamaq üçün sənədi alıb.

CİA direktorunun keçmiş köməkçisi Mixael Morell bir məqaləsində bildirib ki, Snoudenin ölkəsinə verilməsi Donald Trampın inauqurasiya mərasimi üçün mükəmməl hədiyyə olardı.

“Rusiya və ABŞ arasında bir ekstradisiya razılaşmasının olmadığının fərqindəyəm. Lakin əminəm ki, Rusiya prezidenti Vladimir Putin Snoudeni qaytaracaq bir yol tapacaq qədər yaradıcıdır”, - deyə Morell bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Facebook” hesabından “andiçmə üçün hədiyyə” təklifinə cavab verib:

“Keçmiş bir CİA əməkdaşı üçün insanları bəzilərinə hədiyyə vermək normal ola bilər. Lakin Morell hər halda Snoudenin Rusiyada yaşama müddətinin daha üç il uzadıldığını bilmir”.

Zaxarova qeyd edib ki, təklif Morellin “insanlıqdan kənar” ilk təklifi deyil. Diplomat xatırladıb ki, Morell ötən il ABŞ-ın PBS kanalına verdiyi müsahibəsində Suriyadakı rus heyətin öldürülməsi məqsədi ilə yerli qrupların silahlandırılması çağırışını etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm