Dünya
Rusiya İŞİD-in yeni planını açıqladı
İŞİD terror qruplaşmasının döyüşçüləri Palmira şəhərində silah, partlayıcı maddələr və canlı qüvvə toplayır.
Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının Əsas operativ idarəsinin rəhbəri, general-leytenant Sergey Rudskoy bildirib.
“Biz bir neçə mənbə tərəfindən təsdiq edilən informasiya aldıq. İŞİD döyüşçüləri tarixi mirasın məhv edilməsi məqsədi ilə Palmira rayonuna böyük miqdarda partlayıcı maddələr göndərirlər”, - deyə o əlavə edib.
Rudskoyun sözlərinə görə, Palmiraya silah və partlayıcı maddələrin göndərilməsi Türkiyənin Suriyanın Əl Bab mahalında, həmçinin ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin İraqın Mosul şəhəri ətrafında apardığı əməliyyatları ilə bağlıdır. Generalın fikrincə, bu, Suriyanın şərq hissəsində İŞİD-in əhəmiyyətli güclərinin cəmlənməsinə səbəb olur.
Qeyd edək ki, Suriya ordusu 2016-cı ilin martında Rusiyanın dəstəyi ilə Palmiranı azad edib. Terrorçular dekabrın 11-də Palmiranı yenidən tutublar.
Ömər
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA