İstanbulda MÖCÜZƏ TUNEL: Dənizin dibi ilə piyada keçidi tikilir - - FOTO
Bizi izləyin

Dünya

İstanbulda MÖCÜZƏ TUNEL: Dənizin dibi ilə piyada keçidi tikilir - - FOTO

Tikintinin 2019-cu ildə yekunlaşması nəzərdə tutulur.

İstanbulun Asiya və Avropa hissəsini birləşdirən İstanbul Boğazının altından piyada tuneli çəkilir.

Publika.az xəbər verir ki, İstanbulun Üsküdar ilə Kabataş hissəsini birləşdirən layihə ilə bağlı işlərə start verilib.

Piyadalar üçün iki qitəni dənizin altından birləşdirən tunel iki kilometr uzunluğunda olacaq.

Dənizin 20 metr dərinliyindən keçəcək ikiqatlı tunelin üst qatını piyadalar və velosipedçilər istifadə edəcəklər. Alt qat isə əlillər üçün nəzərdə tutulub. Üsküdarda Marmaraydan enən piyadalar dənizin altından hərəkət edərək qarşı tərəfdə Kabataş metrosuna keçə biləcəklər.

Tikintinin 2019-cu ildə yekunlaşması nəzərdə tutulur. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm