Hoteldə qar uçqunu altında qalanlar TAPILDI - YENİLƏNİB - - VİDEO
Bizi izləyin

Dünya

Hoteldə qar uçqunu altında qalanlar TAPILDI - YENİLƏNİB - - VİDEO

İtaliyada hotel qar uçqunu altında qaldı.

İtaliyada qar uçqunu altında qalmış mehmanxanada sağ qalanlar tapılıb.

Publika.az
xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Məlumata görə, xilasedicilər qar uçqunu altında qalmış 30 insanı xilas etmək üçün bütün gecəni işləyiblər.

Uçqun altından iki insanın cəsədi tapılıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açıblar.

Asif

***

İtaliyada dünən baş verən 5,7 ballıq zəlzələ böyük qar uçqununa səbəb olub.

Publika.az xəbər verir ki, böyük qar kütləsinin hotelin üzərinə düşməsi nəticəsində ən azı 30 adam ölüb.

Ömər Dağlı

****

İtaliyanın Abrutso vilayətində “Rigopiano di Farindola” hoteli qar uçqunu altında qalıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb edilib.

İlkin məlumata əsasən, insident zamanı hoteldə azı 20 nəfər olub.

“Böyük faciə baş verib. Çox güman ki, həyatını itirənlər olacaq. Hələ ki, bu, təsdiqini tapmayıb”, Peskara əyalətinin başçısı Antonio Di Marko özünün “Feysbuk” hesabında yazıb.

Publika.az xəbər verir ki, böyük qar kütləsinin hotelin üzərinə düşməsi nəticəsində ən azı 30 adam ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm