Obama: “Fələstin dövləti yaranmasa münaqişə həll olunmayacaq”
Bizi izləyin

Dünya

Obama: “Fələstin dövləti yaranmasa münaqişə həll olunmayacaq”

"Biz münaqişə tərəflərini sülhə məcbur edə bilmərik".

Fələstin dövləti yaranmasa Yaxın Şərqdə münaqişə həll olunmayacaq.

APA-nın məlumatına görə, bu barədə Barak Obama ABŞ prezidenti qismində keçirdiyi son mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Donald Trampın administrasiyası Yaxın Şərq bölgəsində olduqca ehtiyatlı davranmalı, düşünülməmiş addımlardan uzaq olmalıdır.

“Münaqişənin həlli, israillilər və fələstinlilər arasında sülhün bərqərar olması üçün əlimizdən gələni etmişik. Təbii ki, biz münaqişə tərəflərini sülhə məcbur edə bilmərik. Biz yalnız sülh prosesinin əsaslarını qoya, ona dəstək ola bilərik”, deyə B.Obama bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm