“Reina” terrorçusunu arvadı satdı - ŞOK DETAL
Bizi izləyin

Dünya

“Reina” terrorçusunu arvadı satdı - ŞOK DETAL

Somali, Seneqal və Misir vətəndaşı olan 3 qadının Maşaripovun "mükafatı" olduğu məlum olub.

İstanbulda “Reina” gecə klubunda Yeni il gecəsi 39 adamı öldürərək qaçan İŞİD terrorçusu Abdülkadir Maşaripovun Esenyurtda tutulmasında onun həyat yoldaşı F.A.-ın əhəmiyyətli rol oynadığı ortaya çıxıb.

Publika.az xəbər verir ki, həyat yoldaşını qısqanan qadın ərinin olduğu yeri polisə bildirib.

Maşaripov “Reina”ya hücumdan dərhal sonra Zeytinburnuna, oradan isə Başakşehirdə həyat yoldaşı və 2 uşağı ilə yaşadığı evə gedib. İŞİD yanvarın 6-da Maşaripov və ailəsinin fərqli evlərə köçürülməsi barədə qərar verib. Terrorçu gizlənəcəyi evə gedərkən 4 yaşındakı oğlunu da özü ilə götürüb.

Anası oğlundan ayrılmaq istəməsə də, terrorçu həyat yoldaşını dinləməyib. F. A. 2 yaşındakı qızı ilə İŞİD-in Pendikdəki başqa bir evinə aparılıb. Daha sonra F. A. burada Maşaripovun İŞİD-in üzvü olan qadın terrorçu seneqallı Dina ilə imam nikahı kəsdiyini öyrənir. Onlar Esenyurtda bir evdə yaşayırdılar.

Həm oğlu əlindən alındığı, həm də aldadıldığı üçün qadın ərinə çox qəzəblənmişdi. Elə həmin günlərdə - yanvarın 11-də polis F.A.-nı tutur. O, ərinin Esenyurtda bir evdə Dina ilə qaldığını öyrənmişdi və bunu polisə söyləyir.

İstanbul valisi Vasip Şahin də həyat yoldaşından alınann məlumatların terrorçunun tutulmasında əhəmiyyətli rol oynadığını bildirmişdi.

"Habertürk"ün yazdığına görə, Maşaripov ifadəsində oğlunu təslim etdiyi 2 kuryerin ünvanını verib. Terrorçunun qaldığı evdə tutulan Somali, Seneqal və Misir vətəndaşı olan 3 qadının isə Maşaripovun "mükafatı" olduğu məlum olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm